TürkPA heyeti Brüssele gedecek
24 İyun 2013 Bazar Ertəsi 12:47
TürkPA heyet üzvleri Avropa Parlamentinin İnkişaf Komitesinin toplantısında iştirak edecek.
TürkPA Beynəlxalq Katibliyinin əməkdaşları 23-27 İyun 2013-cü il tarixində Avropa Parlamentinə, Brüsselə səfər edəcək. Onlar Avropa Parlamentinin İnkişaf Komitəsinin toplantısında, eyni zamanda Fransadan olan İnkişaf sahəsinə məsul nazirlə fikir mübadiləsində iştirak edəcəklər.

Proqram üzrə göstərilən digər tədbirlərə AVRONEST Parlament Assambleyasının yaradılması və fəaliyyətinə dair təqdimatı, AP nümayəndə heyətlərinin xarici parlamentlərə və AP-nin beynəlxalq əlaqələrinə təqdimatı, Aralıq Dənizi Parlament Assambleyası Birliyinin fəaliyyətinə dair təcrübə və dərslərin, eyni zamanda AvroLat Parlament Assambleyasının fəaliyyətinə dair təcrübə və dərslərin təqdimatı, AP Nümayəndə heyətinin görüşlərinin keçirilməsi məqsədilə katibliyin texniki işlərinin təqdim edilməsi, Media müdirliyinin, sosial şəbəkələr, mətbuatla işləmə qaydalarının təqdimatı kimi məsələlər daxildir.

Səfər çərçivəsində TürkPA nümayəndə heyətinin AP-nin Parlament Diplomatiyasının İnkişafı Ofisinin Direktoru Dik Toornstra ilə görüşü nəzərdə tutulur.

Səfərdə TürkPA nümayəndə heyətinə TürkPA Baş Katibinin müavini Kürşad Melih Sarıarslan rəhbərlik edəcək.

Heyətin tərkibinə TürkPA Beynəlxalq Əlaqələr Komissiyasının Katibi Emin Həsənov, Sosial, Mədəni və Humanitar məsələlər üzrə Komissiyanın Katibi Marat Askarov, İqtisadi, Ticarət və Maliyyə məsələləri üzrə Komissiyanın Katibi Dastan Urmanbetov və Arxiv və Dəftərxana İşləri üzrə Katib Elay Pənahlı daxildir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar