Səfər Əbiyev İran səfirini qəbul edib
07 İyul 2012 Şənbə 12:08
Müdafiə naziri Səfər Əbiyev diplomatik fəaliyyətini başa vuran Məhəmmədbağı Bəhramiyə gələcək işlərində uğurlar arzulayıb.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev İranın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmmədbağı Bəhramini qəbul edib. ANS PRESS-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, diplomatik fəaliyyətini başa vuran səfirə öz təşəkkürünü bildirən müdafiə naziri ona gələcək işlərində uğurlar arzulayıb.




DOSTLARINLA PAYLAŞ:

oyunlar