Resul Quliyev texribat töredir
28 İyul 2013 Bazar 01:44
Resul Quliyevi igid kimi təqdim edənlər, əslində necə qorxaq olduğunun şahidi olacaqlar.
Hollandiyada mhacir həyatı yaşayan Müsavat Partiyasının funksioneri Eldəniz Yusibov Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevi təxribat törətməkdə ittiham edib.

Rəsul Quliyev Facebook səhifəsində Milli Şuranın sədri Rüstəm İbrahimbğəyovun Bakıya qaydışı ilə bağlı xəbərləri şərh edərkən onu qraşılamağa gedən şəxslərin amansızlıqla dağıdılacağını, bunun üçün iki min nəfərlik xüsusi dəstənin də hazırlandığını yazıb.

Eldəniz Yusubov öz Facebook səhifəsində bunu insanları qorxutmaq, mübarizədən çəkindirmək üçün deyilmiş boş sözlər adlandırıb. "Bu təxribatdı. İnsanları ruhlandırmaq, mübarizəyə çağırmaq əvəzinə bu şəkildə bəyanatlar vermək ümumi işimizə çox ziyan vuracaq. Rüstəm İbrahimbəyovun gəlişinə ciddi hazırlaşmaq lazımdı. Yəqin ki, Rəsul Quliyevi narahat edən odur ki, özü Amrikadan Azərbaycana gələ bilmədiyi halda, birdən İbrahimbəyov həbsdən qorxmaz, gələr və bu zaman ACP liderini igid kimi təqdim edənlər necə qorxaq olduğunun şahidi olacaqlar", - Yusibov yazıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar