Siyasət

Resul Quliyev Rusiya prezidentinden destek istedi

Eks-spiker Resul Quliyev, Rusiyanın ABŞ sefiri ile görüşünde Moskva ile emekdaşlığa hazır olduğunu beyan edib.

· Xəbərçi
Resul Quliyev Rusiya prezidentinden destek istedi
Milli Məclisin sabiq sədri, Milli Şuranın üzvü Rəsul Quliyev Rusiyanın ABŞ-dakı səfiri ilə görüşüb.

ANS PRESS-in Azadlıq radiosuna istinadən verdiyi məlumata görə, eks-spiker görüşdə səfir Sergey Kislyaka müraciət edib. Səfirlə görüşündə R.Quliyev seçkilərdə Moskvanın ona siyasi dəstək verməsini xahiş edib və Rusiya hökuməti ilə əməkdaşlığa hazır olduğunu bəyan edib.

R.Quliyev Rusiya Federasiyası ilə ikitərəfli əməkdaşlığı möhkəmləndirməyə və Kremlin Azərbaycanda və Cənubi Qafqazdakı geopolitik iştirakını gücləndirəcəyini vəd edib.

Prezident seçiləcəyi təqdirdə R.Quliyev Dağlıq Qarabağ münaqişəsinin həll üçün Rusiyanın maraqları və tövsiyyələri əsasında həl edəcəyini bildirib.

Görüş zamanı R.Quliyev Rusiya XİN rəhbəri Sergey Lavrova müraciət göndərib. Müraciətində eks-spiker Lavrova yazıb ki, Rusiya hakimiyyəti və dövlət orqanları ilə əməkdaşlığa hazırdır. O, seçkilərdə Putinin siyasi dəstəyini xahiş edib:

“1993-96-ci illlərdə mən parlament sədri ikən Rusiya rəhəbərliyi ilə görüşmüşəm və Federasiya Şurasının deputatları qarşısında çıxış etmişəm. 2003-cü ildə Moskvada olarkən bir sıra yüksək rütbəli şəxslərlə görüşlər keçirmişəm. Mən bu məsələləi sizinlə görüş zamanı müzakirə etməyə şad olardım”-deyə müraciətdə bildirir.

Azadlıq radiosu Rusiyanın ABŞ-dakı səfiri ilə görüşün detallarını dəqiqləşdirə bilib. Radio R.Quliyevin rus XİN rəhbərinə müraciətinin surətini əldə edib. Yaxın günlərdə bu müraciəti yayımlayacaqlarını bildiriblər.

Şərhlər