Azərbaycan prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının prezidenti Məhəmməd Mursiyə təbrik məktubu ünvanlayıb.
ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, təbrik məktubunda deyilir:
"Ölkənizin milli bayramı - İnqilab günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Əminəm ki, ölkələrimiz arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsi və inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Misir xalqına əmin-amanlıq və tərəqqi arzulayıram".
Prezident misirli həmkarını təbrik edib
İlham Əliyev Məhəmməd Mursiyə İnqilab günü münasibətilə təbrik məktubu göndərib.




Şərhlər