Piter Semnebi Gəncəyə səfər edib
15 Noyabr 2009 Bazar 16:25
Piter Semnebi Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlara şərh verməkdən çəkinib
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Gəncə şəhərinə səfər edib. O, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla görüşüb.
Səfərinin məqsədinin ölkənin ikinci bir şəhəri ilə tanışlıq olduğunu deyən Piter Semnebi icra başçısı ilə söhbətində insanların Gəncədə həyat tərzi, güzaranı ilə maraqlandığını bildirib. Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlara gəlincə Piter Semnebi şərh verməkdən çəkinib: "Avropa Birliyinin münaqişələrlə bağlı təcrubəsi mövcuddur və ola bilsin ki, bu təcrübə Dağlıq Qarabağ məsələsində də faydalı ola bilər. Biz qeyri-hökumət təşkilatları ilə bəzi işlər görmüşük. Lakin danışıqlar başqa xətlə aparılır. Avropa İttifaqı Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. Ancaq proseslərə müdaxilə etmək imkanına malik deyil. Hər iki ölkə prezidentləri və xarici işlər nazirləri ilə görüşlər olub, müzakirələr aparılıb. Ümid edirəm ki, aparılan danışıqlar öz müsbət nəticəsini verəcək və münaqişə sülh yolu həllini tapacaq” - deyə Piter Semnebi qeyd edib.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar