Müxalifətdə qapalı görüşlərə start verildi
11 Yanvar 2013 Cümə 21:11
Müsavat başqanı İsa Qəmbər Ziyalılar Forumunun təmsilçisi Eldar Namazovla bir araya gəlib.
Bu saatlarda Müsavat başqanı İsa Qəmbərlə Ziyalılar Forumunun təmsilçisi Eldar Namazov bir araya gəlib. Bu barədə “Qafqazinfo”ya məlumat Müsavat Partiyasından daxil olub.

Məlumata görə, İsa Qəmbərlə Eldar Namazov görüşərək prezident seçkilərinə hazırlıqla bağlı məsələləri, Ziyalılar Forumu ilə Müsavat Partiyasının habelə İctimai Palatayla əməkdaşlığı müzakirə edirlər. Görüş mətbuat üçün qapalı keçirilir.

Qeyd edək ki, bu gün həmçinin Müsavat başqanı İsa Qəmbər partiyanın qərargahında bir qrup partiya sədri ilə görüşüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar