Milli Şuradan ilk istefa
10 İyun 2013 Bazar Ertəsi 01:08
Həbsdə olan islamçı qurumdan çıxdığını bəyan etdi.
Milli Şuradan ilk istefa xəbəri gəldi. Şuradakı mənbədən Musavat.com-a daxil olan məlumata görə, həbsdə olan islamçı Abgül Süleymanov qurumdan istefa verib. Milli Şuraya məktub ünvanlayan məhbus bu addımının səbəbini açıqlamayıb.
Qeyd edək ki, Milli Şura mayın 28-də elan edilib. Şuranın tərkibi isə iyunun 7-də açıqlanıb və təsis yığıncağında Rüstəm İbrahimbəyov sədr seçilib.
DOSTLARINLA PAYLAŞ: