İvanişvilinin Azərbaycana səfəri başlayıb
26 Dekabr 2012 Çərşənbə 10:37
Gürcü nazirin prezident İlham Əliyev və Artur Rəsizadə ilə görüşləri nəzərdə tutulur.
Gürcüstanın baş naziri Bidzina İvanişvili Azərbaycana səfərə gəlib. Gürcüstanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində İvanişvilinin Azərbaycan prezidenti İlham Əliyev və baş nazir Artur Rəsizadə ilə görüşləri nəzərdə tutulur.

Qeyd edək ki, bu, Bidzina İvanişvilinin baş nazir qismində Azərbaycana ilk səfəridir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar