İsa Qəmbər Barselonaya gedib
17 Noyabr 2009 Çərşənbə Axşamı 13:25
Müsavat Partiyasının başqanı İsa Qəmbər İspaniyaya səfər edib.
Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, səfərdə məqsəd Avropa Liberal Demokrat Partiyasının Barselona şəhərində keçiriləcək qurultayında iştirak etməkdir. Səfər çərçivəsində Müsavat liderinin Avropa Birliyinin, digər nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, həmçinin ayrı-ayrı Avropa ölkələrinin siyasətçiləri ilə ikitərəfli görüşləri də nəzərdə tutulub. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar