İlham ƏIiyev Misirin yeni seçilmiş prezidentini təbrik edib
25 İyun 2012 Bazar Ertəsi 15:11
Təbrikdə Azərbaycan ilə Misir arasında ənənəvi dostluq münasibətlərinin daim inkişaf edəcəyinə əminlik vurğulanıb.
Azərbaycanın dövlət başçısı İlham Əliyev Misir Ərəb Respublikasının yeni seçilən prezidenti Məhəmməd Mursiyə təbrik ünvanlayıb. Prezident onu Misirin prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.

"Əminəm ki, Azərbaycan ilə Misir arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcək. Sizə möhkəm can sağlığı, xoşbəxtlik, dost Misir xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm", - deyə təbrikdə bildirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar