İlham Aliyev ferman imzaladı
24 İyul 2013 Çərşənbə 20:25
Dövlət başçısı İlham Aliyev Azərbaycan və Volqoqrad vilayəti hökumətləri arasında imzalanmış əməkdaşlıq sazişini təsdiq edib.
Azərbaycan prezidenti İlham Əliyev 2013-cü il iyunun 6-da Volqoqrad şəhərində imzalanmış «Azərbaycan Respublikası Hökuməti və Volqoqrad vilayəti (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında Saziş»in təsdiq edilməsi barədə fərman imzalayıb.

APA-nın məlumatına görə, Azərbaycan Nazirlər Kabinetinə bu sazişin müddəalarının həyata keçirilməsi üçün zəruri tədbirlərin görülməsi, Xarici İşlər Nazirliyinə isə həmin sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili proseduraların yerinə yetirildiyi barədə Volqoqrad vilayəti (Rusiya) hökumətini xəbərdar etməsi tapşırılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar