BMT-də Ayaz Mütəllibovdan sitat gətirildi
12 Noyabr 2009 Cümə Axşamı 14:45
Karen Nazaryan: "Xocalıda baş verən hadisələri Azərbaycan müxalifəti təşkil edib"
"Xocalıda baş verən hadisələri öx xalqına qarşı hərəkətləri Bakıdakı hakimiyyətin adına yazmaq istəyən və çevriliş etmək istəyən Azərbaycan müxalifəti təşkil edib". Bu anormal iddia ilə BMT-də erməni nümayəndəsi Karen Nazaryan Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyevin çıxışına cavab olaraq səsələndirib və Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovun bəyanatına istinad edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin Nyu-York səhərindəki baş qərargahında Təhlükəsizlik Şurası (TŞ) gündəmdə duran “Silahlı münaqişələr zamanı mülki şəxslərin mühafizə olunması” adlı bəndi üzrə Avstriyanın sədrliyi altında açıq müzakirələr keçirilib. İclasda Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev çıxış edib. O, nəzərə çatdırıb ki, Azərbaycan ərazisinin bir qisminin Ermənistanın işğalı altında olması nəticəsində ölkəmizin çoxlu sayda əhalisi qaçqın və məcburi köçkün problemindən hələ də əziyyət çəkir. Səfir Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində Ermənistan tərəfindən törədilmiş soyqırımını da sözügedən məsələ konteksində xüsusi qeyd edib, həmin münaqişə zamanı mülki şəxslərə qarşı beynəlxalq ictimai təhlükəli cinayətlərin edildiyini bildirib. Daha sonra qeyd edib ki, BMT TŞ-də artıq on ildir ki, silahlı münaqişə zamanı mülki şəxslərin mühafizə edilməsi məsələsinin müzakirə olunmasına baxmayaraq, beynəlxalq humanitar hüququn normaları hələ ki bir sıra dövlətlər, o cümlədən Ermənistan tərəfindən kobud şəkildə pozulmaqdadır.

Ermənistanın "Armtoday" saytının məlumatına görə, A. Mehdiyevin çıxışından sonra K. Nazaryan da çıxışı edib. O, iddia edib ki, Qarabağ müharibəsi zaman ermənilər Azərbaycan tərəfindən planlaşdırılmış etnik təmizlənməyə məruz qalıblar və qətllərlə üzləşiblər. O, Azərbaycanı humanizm və insan hüquqlarını pozmaqda ittiham edib.

Xatırladaq ki, A. Mütəllibov 1991–ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilib.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda ermənilər rus ordusunun köməkliyi ilə dəhşətli qətliam törədiblər. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla - 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Bu faciədən sonra Ali Sovetdə xalqın dəstəyini qazanan o vaxtkı müxalifət növbədənkənar sessiyanın çağırılmasına nail olub və Ayaz Mütəllibovu tutduğu vəzifədən istefa verməyə məcbur edib.

Həmin ilin mayında soyqırımınn səbəblərini araşdıran qondarma komissiya guya ki, Ayaz Mütəllibovun günahını təsdiq edən faktlar aşkar etmədiyindən Ali Sovet xalqın iradəsinə zidd olaraq öz qərarını ləğv edib və onu öz vəzifəsinə qaytarıb. Lakin o dövrdə bütün bu haqsızlara müxalif cəbhədə duran "Xalq Cəbhəsi"nin təzyiqi altında Ayaz Mütəllibov yenidən özü öz xoşu ilə istefası barədə sənədi imzalayır və ölkəni tərk edir. O vaxtdan etibarən o, 1992-ci ildən Moskvada yarıgizli vəziyyətdə yaşayır. Azərbaycanda axtarışdadır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar