Arif Hacılı parazitdir
24 İyul 2013 Çərşənbə 15:35
Rəsul Quliyevin Azərbaycandakı nümayəndəsi Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbərinə cavab verib.
“2003-cü ildə Müsavat Partiyası və onun başqanı Rəsul Quliyevə prezidentlik səlahiyyətlərini bölüşdürmək şərti ilə yüksək statusda baş nazirlik postunu təklif edirdi. Rəsul Quliyevin iqtisadi cinayətləri onda yada düşmürdü, indi yada düşür? 2005-ci ildə Rəsul Quliyevin Azərbaycana dönmə məqamında Arif Hacılı da, Müsavat başqanı da xalqı Rəsul Quliyevi qarşılamağa dəvət edirdi. İndi nə dəyişdi? Rəsul Quliyev 2003-də, 2005-də bu cinayətləri etməmişdi, bundan sonra edib?”

Bu açıqlamanı APA-ya Acıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyevin Azərbaycandakı nümayəndəsi Ağasif Şakiroğlu Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının R. Quliyev haqqında işlətdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Milli Şurasının yarandığı bir dövrdə Arif Hacılının ittihamlar atmasını onun sifariş yerinə yetirməsi ilə əlaqələndirib: “Bu cür ittihamlar göstərir ki, Arif Hacılı demokrat deyil. Rəsul Quliyev heç bir təhqirə yol vermədən, öz tənqidi fikirlərini bildirib. Tənqidi fikirlərə, tənqidlə yox, təhqirlə cavab vermək, avtoritar düşüncə tərzinin məhsuludur. Bu, Arif Hacılının demokrat cildinə girmiş bir avtoritar olduğunu sübut edir. Rəsul Quliyev deyib ki, Milli Şuranın bir namizədi var və bu da Rüstəm İbrahimbəyovdur. Əlavə namizədə ehtiyac yoxdur”.

Onun sözlərinə görə, Arif Hacılının Rəsul Quliyevi AXC hökumətinin devrilməsində roluna dair səsləndirdiyi ittiham da əsassızdır: “Xalq Cəbhəsinin devrilməsi Arif Hacılı kimi demokrat cildinə girmiş avtoritar düşüncə tərzinə malik parazitlərin fəaliyyəti nəticəsində olub”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar