Allahşükür Paşazadə Əbu Dabidə görüşlər keçirib
09 Mart 2014 Bazar 19:48
Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu Dabi şəhərində səfərdədir.
Tərkibinə Milli Məclisin bir qrup deputatının da daxil olduğu nümayəndə heyətinin səfərindən məqsəd “Müsəlman cəmiyyətlərində sülhün təşviqi” mövzusunda beynəlxalq konfransda iştirak etməkdir. Ölkəmizin BƏƏ-dəki səfirinin müşayiət etdiyi nümayəndə heyəti martın 9-da konfransın himayədarı, BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Al Nəhyan, İSESCO-nun baş katibi Abduləziz Osman Altvaicri, Küveyt dövlətinin vəqflər və İslam işləri üzrə nazirinin birinci müavini Adil Əl-Fəlah ilə görüşlər keçirib.
Şeyxülislam Allahşükür Paşazadə konfransda “Müsəlman cəmiyyətlərində sülhün möhkəmləndirilməsi” mövzusunda məruzə ilə çıxış edəcəkdir. Həmçinin BƏƏ-nin İslam işləri və vəqflər üzrə Baş Komitəsinin sədri Hamdan Al-Mazrui ilə görüşün keçirilməsi də nəzərdə tutulur.
DOSTLARINLA PAYLAŞ: