Aşiq olan şəxslər arıqlayır
22 Fevral 2013 Cümə 15:18
Aşiq olan şəxslər düz 5 kq arıqlayırlar.
Aşiq olan insanlar arıqlayırlar. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, bu nəticəyə İngiltərənin Birmingem Universitetinin mütəxəssisləri gəliblər. Orta hesaba görə, aşiq ola insanlar 5 kq arıqlayırlar.

Araşdırmaya qatılan qadınların 62 faizi, kişilərin isə isə yarıdan çoxu münasibətə başladıqdan sonra arıqladıqlarını bildiriblər.

Sevgilisi olan qadınlar kişilərdən iki dəfə sürətlə arıqlayırlar. Mütəxəssislər bunun bir çox psixoloji səbəblə bağlı olduğunu düşünürlər.

Belə ki, aşiq olan insanın xoşbəxt olduğunu, bunun isə insanı daha az yeməyə həvəsləndirir. Çəki azalmasına səbəb olan daha bir hal isə yalan danışmaq, aldatmaqdır. Çünki yalan, kiminsə arxasından iş görmək insanda böyük stress yaradır. Nəticədə bu iştahın kəsilməsinə yol açır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar