
İsmayıl Əhmədov deyir ki, Zirəddin Rzayev konkret olaraq şeytana xidmət edir. “Baxmayaraq ki, özünü dindar kimi təqdim edir, amma o, şəriət adı altında camaatı aldadır. Deyir ki, Yaponiyada, Amerikada zəlzələ olacaq. Orda həmişə yeraltı təkanlar olur da. Əgər nəsə bilirsə, Qarabağ münaqişəsindən desin. Belələri “Qurani-Kərim”də lənətlənir. Əgər öz doğruluğunu sübut etmək istəyirsə, gəlsin, istədiyi verilişdə, elə ANS PRESS-də üzbəüz söhbətləşək. Onun yalançı, şarlatan olduğunu sübut edim”, - deyə İ.Əhmədov bildirib.
İsmayıl Əhmədov tanınmış ekstrasensin yalançı olduğu barədə əlində sübutlar olduğunu da vurğulayıb. Onun sözlərinə görə, sübutlardan biri də, Zirəddin Rzayevin bir neçə il bundan əvvəl avtomobil qəzasına düşməsidir: “Əgər biliciydisə, həmin qəzaya düşməmək üçün avtomobilə minməzdi. Onun qəlbini qara qüvvələr bağlayıb. Zirəddin Rzayev konkret olaraq şeytana xidmət edir”.
Qeyd edək ki, bu barədə Zirəddin Rzayevin mövqeyini öyrənmək istəsək də, ekstrasens suallarımızı cavabsız qoydu.




Şərhlər