Zakir Qaralov vətəndaşları qəbul edəcək
27 Mart 2013 Çərşənbə 14:53
Baş prokuror Zakir Qaralov Ağstafa rayonunda vətəndaşların qəbulunu keçirəcək.
Baş prokuror Zakir Qaralov Ağstafa rayonunda vətəndaşların qəbulunu keçirəcək. Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, qəbul aprelin 5-də saat 11:00-da Ağstafa rayon Prokurorluğunun binasında olacaq. Z. Qaralov burada Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Ağstafa rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar