Ölkə

Zakir Həsənov şəhid hərbçilər barədə göstəriş verdi

Hərbi həkimlərdən ibarət mütəxəssis qrupu yaralıların müalicə olunduğu hərbi hospitala göndərilib.

· Xəbərçi
Zakir Həsənov şəhid hərbçilər barədə göstəriş verdi
Müdafiə naziri general-polkovnik Zakir Həsəno döyüş tapşırığını yerinə yetirərkən həlak olmuş və yaralanmış hərbi qulluqçulara mükafatların verilməsi barədə göstəriş verib.

ANS PRESS Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, müdafiə nazirinin tapşırığına əsasən yaralılara yüksək ixtisaslı tibbi yardım göstərilməsi üçün hərbi həkimlərdən ibarət mütəxəssis qrupu yaralıların müalicə olunduğu hərbi hospitala göndərilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov bir daha şəhid olmuş hərbi qulluqçuların ailələrinə, valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyir!

Şərhlər