Yol tikintisinə 2.4 milyon manat ayrıldı
08 İyul 2014 Çərşənbə Axşamı 19:14
Azərbaycan Prezidenti İlham Əliyev bu haqda sərəncam imzalayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Göyçay rayonunun Cəyirli-Qızılağac-Yenikənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

ANS PRESS-in məlumatına görə, sərəncamda deyilir:

"Yeddi min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Cəyirli-Qızılağac-Yenikənd avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,4 milyon manatı Göyçay Rayon İcra Hakimiyyətinə ayrılsın".

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar