Ölkə

Yol kənarında saxlanılan avtomobillər hərəkətə mane olur

Paytaxtın mərkəzində 100-dən artıq avtodayanacaq tikiləcək.

· Xəbərçi
Yol kənarında saxlanılan avtomobillər hərəkətə mane olur
Yolların kənarında dayanan, hərəkətə mane olan, tıxac yaradan avtomobillərin yollardan yığışdırılması üçün şəhərin mərkəzində 100-dən artıq dayanacağın tikilməsi planlaşdırılır. Avtomobillər üçün həm yeraltı, həm də yerüstü dayanacaqlar tikiləcək. Bu dayanacaqları Nəqliyyat Nazirliyi Bakı Şəhəri İcra Hakimiyyəti ilə birgə tikəcək.

Nəqliyyat Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri, Namiq Həsənov bununla bağlı bildirib ki, ümumilikdə 300-dən 1500-ə qədər dayanacaq tikiləcək: “Şəhərin giriş çıxış qapılarında bu il onlardan bir neçəsinin təməli qoyulacaq”.

Qeyd edək ki, avtodayanacaqların tikilməsi 2013-2015 ci illərin tədbirlər planına salınıb.

Şərhlər