Prezident İlham Əliyev “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında Fərman verib. Fərmanda deyilir:
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 3, maddə 172; 2012, № 2, maddə 68, № 5, maddə 426, № 9, maddə 851, № 12, maddə 1248) ilə təsdiq edilmiş “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nın 5.1-ci bəndində “və 18 yaşına çatmış əmək qabiliyyəti olmayan uşaqları” sözləri “, 18 yaşına çatmamış uşaqları və 18 yaşına çatmış əmək qabiliyyəti olmayan övladları” sözləri ilə əvəz edilsin.
Xidmeti pasport alanların siyahısında deyişiklik edildi
Prezident İlham Eliyev bununla bağlı xüsusi Ferman verib.




Şərhlər