Xəzərdə 100 milyardlıq layihənin tikintisi davam edir
07 İyul 2013 Bazar 13:12
“Khazar İslands”da 4 böyük adadan birinin inşası davam etdirilir.
Azərbaycanın “Avesta” konserninin Xəzər adalarında (“Khazar İslands”) inşa etdiyi yeni yaşayış kompleksinin tikintisi davam edir.
Şirkətin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, hazırda özündə 40-50 iri yaşayış binasını birləşdirən 4 böyük adadan birinin inşası davam etdirilir. Bu adada 100 min sakin yaşaya biləcək.
Ümumilikdə isə şəhər 800 min daimi sakin və 200 min turist qəbul etmək iqtidarında olacaq. Layihə 2022-2023 illərədək üç mərhələdə inşa ediləcək, 2013-2014-cü illərdə isə şəhərə ilk sakinlər yerləşdiriləcəkdir.
Bundan əlavə, burada hər adaya “Naxçıvan”, “Yeni Nehrəm” kimi özünəməxsus adlar, həmçinin Azərbaycanın məşhur şəxslərinin adları veriləcək.
Miqyasına görə “Khazar İslands” Misirin “Toşka” layihəsini belə geridə qoymuşdur. Misirin layihəsinə 90 milyard dollar investisiya qoyuluşu nəzərdə tutulduğu halda, “Khazar İslands”a yatırılacaq investisiyanın ilkin hesablamalara görə dəyəri 100 milyard dollar olacaq.
DOSTLARINLA PAYLAŞ: