Xəzər dənizinin suyundan içməli su kimi istifadə ediləcək
20 Fevral 2013 Çərşənbə 09:58
Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu hazırda test rejimində işləyir.
Xəzər dənizinin suyundan içməli su kimi istifadə ediləcək. Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov jurnalistlərə bildirdiyinə görə, Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu hazırda test rejimində işləyir.

"Trend"in məlumatına görə, nazir bildirib ki, ən müasir standartlara cavab verən zavodda suvarma üçün istifadə olunan su təmizlənir. Suyun bir hissəsinin isə içməli su kimi istifadə olunması nəzərdə tutulur. Bunun üçün dəniz suyundakı minerallar tam götürülür və o, yenidən minerallaşdırılır.

"Yəni dəniz suyundakı minerallar tam götürülür, avtomatik olaraq bu suya insan orqanizmi üçün lazım olan minerallar əlavə edilir və çox yüksək keyfiyyətli su əldə olunur", - nazir deyib.

O qeyd edib ki, hazırda zavod test rejimində gündə 4-5 saat işləyir. Hələlik zavodun işi ilə bağlı hər hansı problem yoxdur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar