Ölkə

Xətai sakinlərinə xoş xəbər

Onlar “ASAN xidmət” mərkəzinin xidmətlərindən istifadə edəcəklər.

· Xəbərçi
Xətai sakinlərinə xoş xəbər
Yaxın vaxtlarda Xətai rayon sakinləri də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzinin xidmətlərindən istifadə edə biləcəklər.
Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi İlqar Məmmədov bildirib ki, Prezidenti İlham Əliyevin müvafiq fərmanları ilə yaradılmış “ASAN xidmət” mərkəzində qeydiyyat və notariat fəaliyyəti təşkil edilib. Bu sahədə çalışan əməkdaşlar Ədliyyə Akademiyasında və yerlərdə keçirilmiş treninqlərə cəlb olunublar.
Əməkdaşların hazırlıq səviyyəsinin yüksəldilməsi üçün onların bəziləri xarici ölkələrdə təlim keçiblər.

Şərhlər