Xarici İşlər Nazirliyinin tarixində ilk
23 Aprel 2013 Çərşənbə Axşamı 12:11
Nümayəndə heyətimiz ilk dəfə İsraildə səfərdədir.
Bu səfər Azərbaycan Xarici İşlər Nazirliyinin tarixində ilk dəfə yanaşır. Bu, iki ölkə arasında səmimi münasibətlərin nə dərəcə yüksək olduğunu göstərir. Bunu İsraildə səfərdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşü zamanı xarici işlər nazirinin müavini Zyeev Elkin bildirib.

ANS PRESS-in İsrail mətbuatına istinadən verdiyi məlumata görə, görüşün əsas müzakirə obyekti bütün sahələrdə əməkdaşlıq əlaqələrini genişləndirmək olub. Görüş zamanı xüsusi olaraq, İsrail XİN yanında Beynəlxalq Əməkdaşlıq və yardım Mərkəzi xətti ilə əməkdaşlıq ətrafında fikir mübadiləsi olub.

Elmar Məmmədyarov Zyeev Elkini iki dövlət arasında fəal və konstruktiv dialoqu davam etdirmək üçün Bakıya dəvət edib.

Qeyd edək ki, Elmar Məmmədyarov və onun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün bir sıra İrsail şirkətlərində olacaqlar. Aprelin 24-də isə İsrail baş naziri Binyamin Netanyahu ilə görüşəcək və Knessetdə olacaq. Ehtimallara görə, Elmar Məmmədyarov İsrailin müdafiə naziri Moşe Yaalonomla da görüşəcək.



DOSTLARINLA PAYLAŞ:

oyunlar