Xalq artisti Fuad Poladov xəstəxanaya aparılıb
21 Fevral 2013 Cümə Axşamı 05:22
Böyrək ağrısından əziyyət çəkən aktyor Fuad Poladov un əməliyyat olunacağı gözlənilir.
Bir çox tamaşalarda və filmlərdəki rolların əvəzsiz ifaçısı, Xalq artisti Fuad Poladovun səhhətində ciddi problem yaranıb. O, cərrahiyyə əməliyyatı keçirəcək. Bu barədə xəbəri Modern.az saytına aktyorun özü verib. Fuad Poladov bildirib ki, artıq 10 ilə yaxındır ki, böyrək ağrılarından əziyyət çəkir.
“Son 10 gündə böyrəyimdən tutan sancılara görə evdə yatırdım. Hazırda sancıların daha da güclənməsi ilə əlaqədar özəl klinikalardan birinə yerləşdirilmişəm. Həkimlər analizlər götürüblər, cavabı gözləyirlər. Əgər böyrəyimdəki daşı döymə üsulu ilə əzmək mümkün olmasa, əməliyyat olunacam. Yanıma hələ ki, həkimlər heç kimi buraxmırlar”-deyə Xalq artisti telefonda bildirib.
Fuad Poladov lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl sənətkarlarından biri, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısıdır.
Allah şəfa versin.
DOSTLARINLA PAYLAŞ: