Xaçmazda 3,7 milyonluq yol tikiləcək
27 Mart 2013 Çərşənbə 19:18
Xaçmaz-Qımılqışlaq-Mollabürhanlı yolunun inşası üçün Prezidentin Ehtiyat Fondundan vəsait ayrılıb.
Azərbaycan prezidenti İlham Əliyev Xaçmaz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, 5 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Xaçmaz-Qımılqışlaq-Mollabürhanlı avtomobil yolunun tikintisi məqsədi ilə Prezidentin Ehtiyat Fondundan Xaçmaz Rayon İcra Hakimiyyətinə 3,7 milyon manat ayrılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar