“Əshabi-Kəhf” ziyarətgahının yaxınlığında iməclik keçirilib. Vasif Talıbov ağac əkib.
Naxçıvanda soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş iməcilik keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinin yaxınlığında keçirilən iməcilikdə iştirak ediblər. Onlar yeni meyvə bağı salıblar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş iməclikdə iştirak edib. O, meyvə tingləri əkib.