Uçan körpü ilə əlaqədar alternativ yol istifadəyə verilir
14 Sentyabr 2013 Şənbə 11:08
Əlavə yol üzərində aparılacaq işlər, hava şəratinin münasib keçəcəyi halda günorta saatlarında yekunlaşacaq.
“Uçan körpünün tikilməsinə qədər, onun sol tərəfindən avtomobillərin hərəkəti üçün alternativ yol salınması işlərinə başlanılıb”. Bu barədə ANS PRESS-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.
Onun sözlərinə görə Qaraməryəm-Şəki-İsmayıllı avtomobil yolunun 3-cü kilometrliyində Mehmanxanlı çayı üzərindəki uçan körpünün sol tərəfində salınacaq əlavə yol üzərində aparılacaq işlər, hava şəratinin münasib keçəcəyi halda günorta saatlarında yekunlaşacaq. Həmin yoldan istifadə edəcək sürücülərin rahatlığı üçün orada əlavə təmir işləri də aparılıb.
Qeyd edək ki, sentyabrın 11-də gecə saat 23:00 radələrində Qaraməryəm-Şəki-İsmayıllı avtomobil yolunun 3-cü kilometrliyində Mehmanxanlı çayı üzərindəki körpüdə həddindən artıq yüklənmiş "Shacman" markalı yük avtomobilinin keçməsi nəticəsində birinci aşırımın tirləri sınıb, körpü uçub. Nəqliyyat vasitəsi ikinci aşırıma keçərək oradan asılı vəziyyətdə qalıb.
Körpünün ümumi uzunluğu 31 metr, eni isə 7 metrdir.
DOSTLARINLA PAYLAŞ: