Təhsil Nazirliyinin sabiq şöbə müdirinin apellyasiya məhkəməsi başlayıb
04 İyun 2013 Çərşənbə Axşamı 12:22
Prosesdə məhkəmə baxışı iyunun 10-na təyin edilib.
Bakı Apellyasiya Məhkəməsində Təhsil Nazirliyinin maliyyə şöbəsinin sabiq müdir müavini Orxan Kərimov, həmçinin “Zəngəzur” MMC mətbəəsinin rəhbəri İbrahim İsgəndərov, Beynəlxalq Universitetin müəllimi Ramiz Hüseynov və onun qardaşı Rafiq Hüseynov barələrində olan apellyasiya şikayətləri əsasında məhkəmənin ilkin baxış iclası keçirilib.

APA-nın xəbərinə görə, prosesdə məhkəmə baxışı iyunun 10-na təyin edilib.

Xatırladaq ki, O. Kərimov 2011-ci il iyunun 6-da həbs olunub. İstintaq araşdırması zamanı digər təqsirləndirilən şəxslər də məsuliyyətə cəlb ediliblər. Onlar Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci (rüşvət alma - passiv rüşvətxorluq) maddələri ilə ittiham olunurlar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rafiq Hüseynov 11 il, Ramiz Hüseynov 8 il, İbrahim İsgəndərov isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Orxan Kərimov barəsində seçilən 7 il 5 ay 15 gün müddətinə azadlıqdan məhrum edilmə cəzası barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla 3 il sınaq müddətinə şərti cəza ilə əvəzlənib.

Ürək xəstəliyindən əziyyət çəkən O. Kərimov barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib və o, müalicəyə göndərilib.





DOSTLARINLA PAYLAŞ:

oyunlar