Tecridxanaya narkotik ve telefon keçirilmesinin qarşısı alınıb
27 Sentyabr 2013 Cümə 04:50
Tecridxanada qadağan edilmiş eşyaların aşkar olunması istiqametinde tedbirler davam etdirilir.
Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə daxil olan məlumata görə, Penitensiar xidmətin, Bakı İstintaq təcridxanasının və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyaların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.

25.09.2013-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında cəza çəkən 1971-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2 maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Vüqar Sultan oğlu Əliyevin kamerasına baxış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən daxilində “Cin” danışıq kartı olan 1(bir) ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar olunaraq götürülüb.

25.09.2013-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında 1985-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2; 177.2.4; 185.1 maddələri ilə təqsirləndirilən şəxs qismində saxlanılan Nazim Xəlil oğlu Əsgərovun zəruri istintaq hərəkətlərinin keçirilməsindən sonra təcridxanaya qaytarılan zaman üzərinə baxış keçirilərkən əynində olan alt paltarının içində gizlətdiyi 1(bir) ədəd “Nokia” markalı mobil telefon aparatı və ona məxsus şampun qabının içərisində sellofana bükülərək gizlədilmiş xalis çəkisi 2,161 qram narkotik maddə olan “tiryək” aşkar olunaraq götürülüb.

Faktlar üzrə araşdırmalar aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar