Şura televiziyalarda proqramlar hazırlayacaq
31 İyul 2013 Çərşənbə 20:07
QHT-lərin iştirakı ilə layihələrin effektli icrası haqqında müzakirələr aparılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurası televiziyalarla əməkdaşlığı davam etdirmək niyyətindədir. ANS PRESS QHT-lərə Dövlət Dəstəyi Şurasına istinadən bildirir ki, bu barədə Şurada bu gün keçirilmiş iclasda bildirilib.

İclasda televiziyaların və son maliyyə müsabiqəsinində ikinci mərhələyə keçmiş yerli QHT-lərin iştirakı ilə layihələrin effektli icrası haqqında müzakirələr aparılıb. İclasda çıxış edən Şura sədri, millət vəkili Azay Quliyev bəyənilmiş layihə ideyalarının icrasının effektli təşkili, onun miqyasının genişləndirilməsi, qanunlar haqqında ictimai məlumatlandırmanın daha böyük auditoriyanı əhatə etməsi üçün televiziya verilişlərinin hazırlanmasını birgə müzakirə etməyin vacibliyindən danışıb.

Şura sədri xüsusi ilə yeni qanunların təbliği və sosial çarxların yayımlanması baxımından televiyaların mühüm əhəmiyyət kəsb etdiyini dedi. Televiziyalarla QHT-lərin əməkdaşlığının hər iki tərəf üçün səmərəli olduğunu vurğulayan Şura sədri bunun ortaq modelini tapmağa çalışdıqlarını qeyd edib. O Şuranın QHT-lərlə televiziyalar arasında körpü rolu oynadığını və işçi qaydada onlarla danışıqların davam etdiriləcəyini bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar