Sükan arxasında olanların yuxusuna nə haram qatır?
05 Avqust 2013 Bazar Ertəsi 02:42
Maşinist hər beş dəqiqədən bir xüsusi siqnal verən düyməni əli ilə sıxmalıdır.
Azərbaycanda qatarlardan istifadənin hansı dərəcədə təhlükəsiz olması bütün sərnişinləri maraqlandıran məsələdir. Söhbət metro və sərnişin qatarlarında maşinistlərin sayıqlığından gedir. Çünki metro və sərnişin qatarında maşinistin yuxulamasının hansı qəzaya səbəb olmasını təsəvvür etmək çətin deyil.

Bəs maşinistlərin sayıqlığına necə nəzarət olunur? Onların sükan arxasında yatmaması üçün tədbir görülürmü?

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov Milli.Az-a açıqlamasında bildirdi ki, qatarda maşinistin sayıqlığı xüsusi qayda ilə yoxlanır. Xüsusi siqnal verən düymə var. Maşinist hər beş dəqiqədən bir həmin düyməni əli ilə sıxmalıdır. Bu yolla maşinistin sayıqlığı yoxlanılır və onun yatmadığına mərkəzi sistemdən nəzarət olunur. Əgər maşinist həmin düyməni 5 dəqiqədən sonra sıxmasa, qatar avtomatik dayanır.

Bakı metrosunda da qatarları idarə edən maşinistin hərəkəti nəzarətdədir. Metroplitenin deposundan bildirildi ki, maşinistə kabinada quraşdırılmış kamera vasitəsilə nəzarət olunur. Eyni zamanda, maşinistlərə xüsusi qulaqcıqlar verilir. Maşinist yatan zaman onun başı düşərsə, qulaqcığa güclü səslə siqnal verilir. Bu yolla maşinistin iş başında yuxulamasının qarşısı alınır


DOSTLARINLA PAYLAŞ:

oyunlar