Ölkə

Sosial şəbəkədə Ramil Usubovun adına açılan profil saxtadır

Daxili İşlər Nazirliyi həmin profilin nazirə heç bir aidiyyəti olmadığını barədə məlumat yayıb.

· Xəbərçi
Sosial şəbəkədə Ramil Usubovun adına açılan profil saxtadır
Son vaxtlar sosial şəbəkələrdən birində Azərbaycanın daxili işlər naziri Ramil Usubovun adına daha bir profil açılıb. Daxili İşlər Nazirliyi həmin profilin saxta olduğunu və Ramil Usubova heç bir aidiyyəti olmadığını bildirir. Bu barədə ANS PRESS-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat daxil olub.

“Xatırladırıq ki, bir müddət əvvəl də cənab nazirin adından "Facebook" sosial şəbəkəsində iki saxta profil yaradılmış və həmin profillərdə müxtəlif məzmunlu məlumatlar yerləşdirilmişdi. Sonradan onları yaradanlar müəyyən edilərək barələrində müvafiq tədbir görülmüşdü.

Qeyd etməyi vacib bilirik ki, yeni yaradılan profil də saxtadır və daxili işlər nazirinə heç bir aidiyyəti yoxdur", deyə DİN-in məlumatında bildirilir.

Daxili İşlər Nazirliyi nazirə birbaşa müraciət olunması üçün rəsmi elektron əlaqə vasitəsinin DİN-in internet saytı (mia.gov.az və ya din.gov.az) olduğunu bir daha diqqətə çatdırır.

Şərhlər