Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsait artıb
01 Avqust 2012 Çərşənbə 12:48
Artım manat hesabında qeydə alınıb.
Son bir ay ərzində Azərbaycanda Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin həcmi artıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, avqustun 1-nə olan məlumata görə, Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin həcmi 29 278 873 AZN, 199 791 ABŞ dolları və 593 Avro təşkil edir. Artım manat hesabında qeydə alınıb. Dollar və Avro hesabında rəqəm dəyişməz qalıb.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.
DOSTLARINLA PAYLAŞ: