Ölkə

Sevil Nuriyeva prezident İlham Əliyevdən müsahibə alıb

Dövlət başçısı müsahibədə Türkiyə və Ərdoğan haqqında fikirləri ilə bölüşüb.

· Xəbərçi
Sevil Nuriyeva prezident İlham Əliyevdən müsahibə alıb
ANS-in keçmiş əməkdaşı Sevil Nuriyev prezident İlham Əliyevdən müsahibə alıb. ANS PRESS-in məlumatına görə, bu barədə məlumatı tanınmış jurnalist "Facebook" səhifəsində paylaşıb. Jurnalistin yazdığına görə, müsahibə sənədli film üçün alınıb.

Film Türkiyə və onun baş naziri Rəcəb Tayyib Ərdoğana həsr olunub. İlham Əliyev də müsahibədə Türkiyə və Ərdoğan haqqında fikirləri ilə bölüşüb.

Azərbaycan prezidenti ilə yanaşı, film üçün dünyanın bir neçə ölkə liderindən müsahibələr alınması planlaşdırılır.

Şərhlər