Ölkə

Sərnişinlərə şad xəbər! Hava limanına avtobus marşrutu açıldı

116 saylı avtobus metronun “28 May” stansiyanın qarşısından birbaşa Heydər Əliyev Beynəlxalq Hava Limanına gedəcək.

· Xəbərçi
Sərnişinlərə şad xəbər! Hava limanına avtobus marşrutu açıldı
Bakıda sərnişinlərin çoxdan gözlədiyi problem həll olunub. Nəqliyat Nazirlytinin mətbuat katibliyinin rəhbəri Namiq Həsənov Milli.Az-a açıqlamasında bildirdi ki, Heydər Əliyev Beynəlxalq Hava Limanına birbaşa marşrut xətti açılıb.

Nazirlik rəsmisinin sözlərinə görə, həmin istiqamətə açılmış marşrut xətti yeni deyil. Sadəcə, əvvəllər hava limanına işləyən 116 saylı avtobus bərpa olunub.

N.Həsənov qeyd edib ki, sərnişinlərin çoxluğu nəzərə alınaraq həmin avtobus xətti yenidən bərpa olundu.

Metronun “28 May” stansiyanın qarşısından birbaşa Heydər Əliyev Beynəlxalq Hava Limanına avtobus işləyəcək.

Şərhlər