Həkim briqadasına daxil olan kardioloqlar, pediatrlar, uşaq cərrahları, LOR həkimlər, nevropatoloqlar, psixiatrlar Astara Rayon Mərkəzi Xəstəxanasının həkimləri ilə birlikdə 100-dən çox uşağı müayinədən keçiriblər.
Ciddi xəstəlikləri aşkar olan uşaqların Bakı şəhərində müalicə olmaları üçün göndərişlər verilib. Aksiya zamanı uşaqlara hədiyyələr paylanıb.
Həmçinin, 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə nazirlik tərəfindən Tərtər Mərkəzi Rayon Xəstəxanasında da xeyriyyə aksiyası keçirilib. Elmi Tədqiqat Pediatriya, Hematologiya və Transfuziologiya institutları, Uşaq Klinik Xəstəxanası və Respublika Uşaq Psixonevroloji Mərkəzinin pediatr, kardioloq, LOR, nevropatoloq, cərrah, psixiatr və hematoloqlardan ibarət mütəxəssisləri tərəfindən 98 uşağın müayinəsi həyata keçirilib.






Şərhlər