Seçkilərə hazırlıq yüksək səviyyədə təşkil olunub
07 Oktyabr 2013 Bazar Ertəsi 17:43
MDB müşahidə missiyasının rəhbəri Sergey Lebedev missiyanın 300-ə yaxın üzvü də Azərbaycanın regionlarında olacağını deyib.
"MDB müşahidə missiyasının üzvləri sentyabrın 10-dan Azərbaycandadırlar. Uzunmüddətli müşahidə missiyasının 20 üzvü bu dövr ərzində paytaxt Bakıda və Azərbaycanın regionlarında olmuş, əlaqədar qurumların rəhbərləri və məsul şəxsləri ilə görüşmüş, seçkilərə hazırlığın vəziyyətini öyrəniblər".
Müstəqil Mətbuat Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, bunu MDB müşahidə missiyasının rəhbəri Sergey Lebedev deyib.
S.Lebedevin sözlərinə görə, müşahidə missiyasının 300-ə yaxın üzvü də Azərbaycanın regionlarında olacaq, həm seçkiqabağı vəziyyəti öyrənəcək, həm də səsvermənin gedişini izləyəcək: “Biz artıq deyə bilərik ki, seçkilərə hazırlıq çox yüksək səviyyədədir. Azərbaycan hökuməti bu seçkilərə ciddi hazırlaşıb. Prezidentliyə qeydə alınmış 10 namizədə seçkiqabağı təşviqat üçün bərabər şərait yaradılıb. Seçki məntəqələri səsverməyə tam hazırdır. Bir sözlə, seçkilərlə əlaqədar çox obyektiv mənzərə yaranıb. Biz bu şəraitdən çox şadıq və əminliklə deyə bilərik ki, bütün bu və digər amillər seçkilərin tam azad, demokratik, şəffaf və ədalətli keçirilməsinə zəmin yaradıb. Əminik ki, seçkilər yüksək səviyyədə başa çatacaq”.
DOSTLARINLA PAYLAŞ: