Saxta elektrik kabel və naqillərinin satışının qarşısı alındı
06 İyun 2013 Cümə Axşamı 05:46
Qanunvericiliyinin tələblərinin pozulması faktı ilə bağlı araşdırma aparılır.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları Zabrat qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Əlişov Ülvi Əbülfət oğluna məxsus sexdə yoxlama aparıblar.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, yoxlama zamanı sexdə saxta elektrik kabeli və naqillərin istehsal edildiyi müəyyən olunmuşdur. Bununla yanaşı, Ülvi Əlişov tərəfindən yerli təsərrüfat subyektinə məxsus əmtəə nişanından qanunsuz istifadə edildiyi də müəyyənləşib.
Aşkar edilmiş saxta 175 min metr elektrik kabel və naqillərin satışı dayandırılıb. Ülvi Əlişovun barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması faktı ilə bağlı araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: