Rüstəm İbrahimbəyov Azərbaycana gəlməkdən niyə qorxur?
28 Fevral 2013 Cümə Axşamı 13:29
Kinodramaturq Rüstəm İbrahimbəyov bildirib ki, Azərbaycana gələrsə, onu cinayət məsuliyyətinə cəlb edərlər.
Hazırda Rusiyada olan kinodramaturq, rejissor Rüstəm İbrahimbəyov mətbuata açıqlamasında Azərbaycana qayıtmaqdan çəkindiyini bildirib. Onun sözlərinə görə, Azərbaycana gələrsə, onu cinayət məsuliyyətinə cəlb edərlər.

“Azərbaycana qayıtmağa çəkinirəm. Məni cinayət məsuliyyətinə cəlb olunmaq gözləyir. Bu məsuliyyət qeyri-rəsmi xarakter daşıyacaq”, - deyə R.İbrahimbəyov bildirib.

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunun mətbuat xidməti ANS PRESS-ə açıqlama verib.

“Rüstəm İbrahimbəyovla bağlı prokurorluq orqanlarında cinayət işi istintaq olunmur”, - deyə Baş Prokurorluqdan bildirilib.

Daxili İşlər Naziriyində də, R.İbrahimbəyovun saxlanılması, yaxud, onun hansısa məsuliyyətə cəlb olunması ilə bağlı məlumat yoxdur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar