Rövneq Abdullayev gemi tikintisi zavodundan danışdı
20 Sentyabr 2013 Cümə 20:23
ARDNŞ prezidenti Rövneq Abdullayev: Gemi tikintisi zavodu ölkemiz üçün böyuk ehemiyyet kesb edir.
“Gəmi tikintisi zavodu 470 milyon dollara başa gəlib”. Bu spzləri ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib. Onun sözlərinə görə, bu vəsaitin 65 faizini SOCAR, 25 faizini İqtisadi İnkişaf Nazirliyi, 10 faizini isə “TPL” şirkətinin üzərinə düşür.
"Gəmi tikintisi zavodunun 90 faiz Azərbaycana məxsusdur. Bu zavod ölkəmiz üçün böyuk əhəmiyyət kəsb edir. Azərbaycanda çıxarilan neftin 95 faizi dənizdə olduğun üçün, bizim tankerlərə ehtiyacımız var. Ümid edirik ki, bu zavod yeni neft layihələrimizə böyük xeyir verəcək", - deyə Rövnəq Abdullayev bildirib.
DOSTLARINLA PAYLAŞ: