Reis müavini Ramiz Memmedov dünyasını deyişdi
04 Sentyabr 2013 Çərşənbə 10:38
Seferberlik ve Herbi Xidmete Çağırış üzre Dövlet Xidmetinin reis müavini Ramiz Memmedov xestexanada rehmete gedib.
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini dünyasını dəyişib. APA-nın məlumatına görə, xidmətin rəis müavini Ramiz Məmmədov bir həftə əvvəl iş başında insult keçirib. Təcilli olaraq xəstəxanaya yerləşdirilən R. Məmmədov sentyabrın 3-də orada dünyasını dəyişib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən faktı təsdiqləyiblər.

Qeyd edək ki, R. Məmmədov Azərbaycanın müstəqillik qazandığı ilk illərdən hərbi komissarlıq sistemində çalışıb. Bundan əvvəl o, sabiq respublika hərbi komissarı Əliağa Hüseynovun müavini olub. Müxtəlif dövrlərdə Respublika Hərbi Çağırış Komissiyasına rəhbərlik edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar