Ramil Səfərov artıq azadlıqdadır
31 Avqust 2012 Cümə 18:07
Ramil Səfərov azadlıqda. Dövlət başçısı İlham Əliyev onun əfv edilməsi haqqında sərəncam imzaladı.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev R.S.Səfərovun əfv edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1977-ci ildə anadan olmuş, Macarıstanın Budapeşt Paytaxt Məhkəməsinin 2006-cı il 13 aprel tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Azərbaycan Respublikasının vətəndaşı Səfərov Ramil Sahib oğlu cəza çəkməkdən azad edilsin.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
DOSTLARINLA PAYLAŞ: