Ramil Səfərov ANS-ə müsahibə verib
31 Avqust 2012 Cümə 18:07
Ramil Səfərov bu qərarı haqqın və ədalətin təntənəsi kimi qiymətləndirib.
Avqustun 31-də Macarıstanda ömürlük həbs cəzasına məhkum edilmiş Azərbaycan Ordusunun zabiti Ramil Səfərov Bakıya gətirilərək Prezident İlham Əliyevin Sərəncamı ilə əfv olunub. Heydər Əliyev Beynəlxalq Aeroportunda Ramil Səfərovu Ədliyyə Nazirliyinin yüksək vəzifəli şəxsləri, jurnalistlər və qohumları qarşılayıblar. Ramil Səfərov onun əfvinə dair Prezident İlham Əliyevin Sərəncamı ilə tanış edildi və ona Azərbaycan pasportu təqdim olunub.

Ramil Səfərov Azərbaycan Prezidenti İlham Əliyevə onun azad olunması üçün göstərdiyi ardıcıl səylərə və nəhayət bunun məntiqi nəticəsi olaraq imzaladığı əfv fərmanına görə minnətdarlığını bildirib. O həbsdə olduğu müddətdə heç vaxt ümidini itirmədiyini və Azərbaycan dövlətinini onu tək qoymayacağına inandığını deyib. Ramil Səfərov həbsdə olduğu müddətdə ona dəstək verənləri, yaxınlarını, Budapeştdə təcridxanada onunla görüşərək müsahibə alan və məhkəmənin gedişini işıqlandıran ANS-i də qeyd edib: “Bu xoşbəxtlik hamımızın payıdır. Hamını təbrik edirəm”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar