Ölkə

Ramal İsrafilov Xocalı soyqırımına mahnı həsr etdi

Ramal Azərbaycanın canlı korifeyinin repertuarına müraciət edib.

· Xəbərçi
Ramal İsrafilov Xocalı soyqırımına mahnı həsr etdi
Gənc müğənni Ramal İsrafilov yeni klip çəkdirib. Bu dəfə o, Azərbaycanın canlı korifeyi Zeynəb Xanlarovanın repertuarına müraciət edib. ANS PRESS-in məlumatına görə, müğənni, xalq artistinin ifa etdiyi “Qalmaz belə, qalmaz dünya” adlı mahnını ifa edib. Mahnının qəmli motivlərini Ramal “20 yanvar”, “Xocalı soyqırımı” faciələrinə həsr edərək klip çəkdirib. Bu səbəbdən çəkilişin əsas məkanı kimi Şəhidlər Xiyabanı seçilib.


Şərhlər