Quba rayonu ərazisində güclü külək fəsada səbəb olub. ANS PRESS-in FHN-in saytına istinadən verdiyi məlumata görə, Quba rayonu ərazisində, Quba-Xaçmaz magistral yolunda güclü külək əsməsi nəticəsində ağac aşaraq yolu qapadıb və vətəndaşa məxsus “Hyundai” markalı minik avtomobili idarəetməni itirərək həmin ağaca çırpılıb.
FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobilin sürücüsü xəsarət almayıb.
Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüb, yolun açılmasını təmin ediblər.
Qubada magistral yol bağlandı
Quba-Xaçmaz magistral yolunda güclü külək əsməsi nəticəsində ağac aşaraq yolu qapadıb.




Şərhlər