Qubada aeroport tikilir
28 Mart 2013 Cümə Axşamı 10:46
Yeni hava limanı şimal rayonları və qonşu Rusiya üçün xüsusi əhəmiyyət daşıyacaq.
Qubada yeni aeroport tikilir. Yeni tikiləcək aeroport Qubanın Dəlləkkənd, Ağbil və Vladimirovka kəndləri əhatə edəcək ərazilərə düşür. "Qafqazinfo"nun verdiyi xəbərə görə, Qudyalçayın sağ sahilində tikiləcək yeni standartlara uyğun hava limanı şimal rayonları və qonşu Rusiya üçün daha əlverişli olacaq.
600 hektar eraziyə artıq mütəxəssislər tərəfindən baxış keçirilir. Həmin ərazilərdə artıq torpaq nümunələri alınaraq ekspertiziyaya gondərilib. Bir neçə gündür ki, Qubaya səfərə gələn mütəxəsislər artıq Qubanın bir neçə kəndin ərazisini əhatə edən böyük bir ərazidə baxışlar keçirir.
Yeni tikiləcək hava limanının Qubanın çaykənarı və bağ sahələrini də əhatə edəcək. 600 hektardan çox bağbanların bağ və əkin sahələrini də həmin ərazilərə salınıb. Quba Rayon İcra Hakimiyyətinin I-ci müavini Yusif Abidov bildirir ki, bu layihə çoxdandır ki, şimal bölgəsində harda tikiləcəyi bəlli deyildi. İndi artıq yeni hava limanı Quba ərazisində olacağı təsdiqlənib. Paytaxtdan mütəxəsislərdə dəvət olunduqunu bildirən RİH-nin müavini onu da əlavə edib ki, bu hava limanı şimal bölgəsi üçün həm turizm baxımından və həm də xarici sərmayələrin yatırılması baxımından Quba üçün böyük iş yerlərinin açılması deməkdir.
600 hektar ərazidə tikiləcək aeroporta görə həmin ərazidə olan bağ sahiblərini də narahat etmir, əksinə onlarda bu böyük aeroportun tikilişindən razılıq edirlər.
DOSTLARINLA PAYLAŞ: