Quba rayonunda yeni avtomobil körpüsü istifadəyə verilib
31 İyul 2012 Çərşənbə Axşamı 17:48
Bu gün Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 157-ci km-də yeni körpünün açılış mərasimi keçirilib.
Bu barədə «APA-Economics»ə «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, bu ilin aprelin 18-də sel nəticəsində Qaraçay üzərində 1972-ci ildə inşa olunmuş körpü uçub və yarasız vəziyyətə düşüb: «Yeni körpü 3 ay müddətində inşa olunub. Əgər bundan öncəki körpünün uzunluğu 90,36 metr, eni isə 8 metr təşkil edirdisə, yeni körpünün uzunluğu 115 metr, eni 18 metr təşkil edir. Bununla yanaşı, körpünün hər tərəfindən 1,5 metr enində səkilər çəkilib».

P.Mürsəliyev onu da bildirib ki, bu gün istismara verilmiş yeni körpünün açılış mərasimində «Azəryolservis» ASC-nin sədr müavini Şaiq Bilalov, Quba rayon İcra Hakimiyyəti və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar